Benyamin Netanyahu BƏƏ ilə əldə olunan razılaşmanı tarixi adlandırır
Benyamin Netanyahu BƏƏ ilə əldə olunan razılaşmanı tarixi adlandırır

İsrailin baş naziri, Benyamin Netanyahu Birləşmiş Ərəb Əmirlikləri ilə əldə olunan razılaşmanı tarixi adlandırır. Müvafiq bəyanatı Benyamin Netanyahu “tvitter” sosial şəbəkəsində yerləşdirdi.

Razılaşma iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasını nəzərdə tutur. Müqabilində isə, İsrail Jordan çayının qərb sahilinin aneksiyası planını dayandırır.

Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər məsələləri üzrə dövlət naziri, Anvar Qarqaş bəyan edir ki, iki ölkə tərəfindən atılan addım Fələstin məsələsinə xidmət edir.

Razılaşmanı Misir prezidenti də alqışlayır. Sülh razılaşması ABŞ administrasiyasi vasitəşiliyi ilə imzalandı.