Gürcüstanın ərazi sularına NATO-nun gəmiləri daxil oldular
Gürcüstanın ərazi sularına NATO-nun gəmiləri daxil oldular

Gürcüstanın ərazi sularına NATO-nun gəmiləri daxil oldular. Səfər çərçivəsində, NATO-nun dəniz birləşməsinin başçısı, komodor Baudevayn Buts Gürcüstan Sahil Mühafizəsinin rəhbəri ilə görüşəcək. Həmçinin işçi görüşlər, mədəni və idman tədbirləri keçiriləcək.

NATO-nun və Gürcüstan Sahil Mühafizəsinin iki gəmisi – “Dioskuriya” və “Oçamçire” birgə təlim keçəcəklər. Təlimdə həmçinin Hollandiyanın, Türkiyənin, Rumıniyanın və Bolqarıstanın gəmiləri iştirak edəcəklər.

Təlimin məqsədi Gürcüstan və NATO dəniz qüvvələri arasında ikitərəfli hərəkətləri yüksəldilməsidir.

Poti limanında müsafirləri Sahil Mühafizəsi Departamentinin direktoru, Polşanın Gürcüstandakı səfiri, yerli özünüidarəetmə və NATO-nun müttəfiq ofisinin nümayəndələri qarşıladılar.

Gəmilər Gürcüstan ərazisini aprelin 4-də tərk edəcəklər.

Şərh yaz