Aralıq Dənizində Türkiyə, İtaliya, Almaniya və Yunanistan birgə hərbi təlimlər keçirirlər
Aralıq Dənizində Türkiyə, İtaliya, Almaniya və Yunanistan birgə hərbi təlimlər keçirirlər

Aralıq Dənizinin şərq hissəsində, Türkiyə, İtaliya, Almaniya və Yunanistan birgə hərbi təlimlər keçirirlər.

Təlimlər NATO-nun ikinci dəniz-hərbi qrupunun tərkibi ilə keçirilir.

Hərbi təlimlərdə Türkiyə freqatları, İtaliyanın “Karabinyer”, Almaniyanın “Hamburq” və Yunanistanın “Limnos” freqatları iştirak edirlər.

Ekipajlar birgə taktik manevrlər keçirdikdən sonra Türkiyənin Mersin limanında dayanacaqlar.