Gürcüstanın Birinci Kanalının bəyanatı
Gürcüstanın Birinci Kanalının bəyanatı

Gürcüstanın Birinci Kanalı tamaşaçıya bütün mühüm idman tədbirlərinin translasiyasını təqdim edir, cari həftədə isə, İctimai Yayımçının birinci və ikinci kanalı idman tədbirlərinin translasiyası ilə xüsusilə yüklənibdir: basketbol üzrə dünya çempionatı (31 avqust-15 sentyabr), Gürcüstan futbol yığmasının oyunları (5, 8 sentyabr), reqbi üzrə Gürcüstan yığmasının oyunları (6 sentyabr), Tbilisidə Avropa Çempionatı (6,7,8 sentyabr).

Gürcüstanın Birinci Kanalı qeyd olunan idan tədbirlərinin translasiyası barəsində razılığı müəyyən vaxt bundan əvvəl əldə edib, beynəlxalq öhdəlikləri götürübdür.

Bundan irəli gələrək, Gürcüstanın birinci və ikinci kanalının efir vaxtının böyük hissəsi idman translasiyalarına ayrılır və Gürcüstan Parlamentinin komitə və plenar iclaslarının birbaşa efirdə işıqlandırılması mümkün olmur.

Tamaşaçılarımıza bildirmək istəyirik ki, Gürcüstan Parlamentinin iclaslarının birbaşa translasiyasını “www.1tv.ge” vebplatformamızda izləyə bilərlər.