Gürcüstanda koronavirusdan daha üç pasiyent vəfat etdi
Gürcüstanda koronavirusdan daha üç pasiyent vəfat etdi

Gürcüstanda koronavirusdan daha üç pasiyent vəfat etdi. Bu barədə məlumat hökumətin “stopcov.ge” xüsusi veb səhifəsində yerləşdirildi. Veb səhifənin məlumatına görə, ölənlərin ümumi sayı 31-i təşkil edir.

Bu vaxt üçün vəfat edənlərin yaşı və harada müalicə olunduqları barəsində detallar məlum deyil.

Xatırladaq ki, Gürcüstanda bu gün koronavirusun 298 yeni halı aşkar edildi, 148 pasiyent müalivə olunaraq sağaldı.