Gürcüstanda Avropa İttifaqı müşahidəçilər missiyasının müddəti iki illiyinə uzadıldı
Gürcüstanda Avropa İttifaqı müşahidəçilər missiyasının müddəti iki illiyinə uzadıldı

Gürcüstanda Avropa İttifaqı müşahidəçilər missiyasının müddəti iki illiyinə uzadıldı.

Missiyanın rəsmi veb-səhifəsində dərc olunan bəyanatda qeyd olunduğu kimi, 3 dekabrda Avropa İttifaqı Şurası qərar qəbul etdi ki, Gürcüstanda Avropa İttifaqı müşahidəçilər missiyasının müddətini 2022-ci il 14 dekabra qədər uzatsın. Qeyd olunan müddət üçün Avropa İttifaqı büdcəsində missiya üçün 44,8 milyon avro nəzərdə tutulub.

Gürcüstanda Avropa İttifaqı müşahidəçilər missiyası (EUMM) mülki missiyadır və 2008-ci ilin dekabrında Rusiya-Gürcüstan arasında avqust müharibəsindən sonra Avropa İttifaqının vasitəçiliyi ilə nail olunan altı müddəalı razılaşmadan sonra yerləşdirildi. Onun məqsədi münaqişə tərəfləri arasında əlaqələrin sabitləşdirilməsinə, normallaşdırılmasına və etimadın möhkəmləndirilməsinə imkanlar yaratmaqdır. 2020-ci ilin martından missiyaya Marek Şçigel rəhbərlik edir.

Şərh yaz