Gürcüstana rəsmi səfərlə Hollandiya Xarici İşlər naziri gələcək
Gürcüstana rəsmi səfərlə Hollandiya Xarici İşlər naziri gələcək

21-22 yanvarda Gürcüstana rəsmi səfərlə Hollandiya Xarici İşlər naziri, Stef Blok gələcək.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, qeyd olunan ikitərəfli səfər 10 illik fasilədən sonra həyata keçirilir. Gürcüstana rəsmi səfərlə Hollandiyanın Xarici İşlər naziri, Maksime Verhagen 2009-cu ildə gəlmişdi.

“Gürcüstana səfər çərçivəsində, nazir Blok Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani ilə ikitərəfli görüş keçirəcək. Səfər iki ölkə arasında son zamanlar dinamikanın gücləndirilməsini təşkil edir. Görüşdə ikitərəfli, eləcə də çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq. Görüşdən sonra nazirlərin mətbuat üçün bəyanatları planlaşdırılıb”, – XİN-də bəyan edirlər.

Rəsmi səfər çərçivəsində, nazir Blok, Avropa İttifaqı müşahidəçilər missiyasının müşayiəti ilə, Odzisi kəndində işğal xəttinə gedəcək və mövcud durumla yerində tanış olacaq.

Şərh yaz