Hollandiyanın bir neçə şəhərində komendant saatından narazı vətəndaşlar qarmaqarşıqlıq yaratdılar
Hollandiyanın bir neçə şəhərində komendant saatından narazı vətəndaşlar qarmaqarşıqlıq yaratdılar

Hollandiyanın bir neçə şəhərində komendant saatından narazı vətəndaşlar qarmaqarşıqlıq yaratdılar. Hüquqmühafizəçilər 151 nəfəri yaxaladılar.

“BBC”nin məlumatına görə, ən çətin vəziyyət Roterdam və Hertoqenbosda idi. Burada polis gözyaşardıcı qazdan istifadə edəsi oldu.

Miqyaslı aksiyalar ölkə miqyası ilə şənbəbazar günləri keçirildi. Yalnız bazar günü polis 300ə qədər nümayişçini yaxaladı. Hollandiyada 22 yanvar saat 21:00-dan saat 04:30-ə qədər komendant saatı elan edildi. Karantin rejimi isə, 9 fevrala qədər uzadıldı.