Hollandiya hökuməti komendant saatını 3 marta qədər uzadır
Hollandiya hökuməti komendant saatını 3 marta qədər uzadır

Hollandiya hökuməti komendant saatını 3 marta qədər uzadır. Qərarın məqsədi koronavirusun yayılmasının azaldılmasıdır. Müvafiq məlumatı “Reuters” agentliyi yayır.

Ölkədə İkinci Dünya Müharibəsindən sonra ilk dəfə komendant saatının tədbiq olunması bir neçə günlük etiraz aksiyası ilə nəticələndi. Komendant saatı Hollandiyada 23 yanvarda təsis olundu.

Hollandiyada koronavirusun yeni hallarının aşkar edilməsinin azalmaslı tendensiyası dekabrın sonundan müşahidə olunur. Halbuki, ölkə hökumətinin bəyan etdiyinə görə, tendensiya koronavirusun yeni növüvünün artmasına görə, əksinə dəyişəcək.

Pandemiyanın başlamasından bu günə qədər Hollandiyada koronavirusun milyondan artıq halı aşkar edilib. O cümlədən virusdan 14 mindən artıq insan vəfat edib.

Hollandiyada milli seçkilər 17 martda planlaşdırılıb.