Gürcüstan Suriya ilə diplomatik əlaqələrin kəsilməsi prosseduruna başladı
Gürcüstan Suriya ilə diplomatik əlaqələrin kəsilməsi prosseduruna başladı

Gürcüstan Suriya ilə artıq diplomatik əlaqələrin kəsilməsi prosseduruna başladı, – bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini, David Dondua bu gün keçirilən brifinqdə bəyan etdi.

Donduanın qeyd etdiyinə görə, 2018-ci ilin mayın 29-da Suriya rejimi, Rusiyanın manipulyasiyası nəticəsində qanunsuz qərar qəbul etdi və beynəlxalq hüquq normalarının pozulması ilə Abxaziya və Cənubi Osetiyanın üzdəniraq müstəqilliyini tanıdı.

“Qeyd olunan hərəkətlə Əsəd rejimi, Rusiya tərəfindən Gürcüstana qarşı edilən hərbi təcəvüzü dəstəklədi”, – Dondua bəyan etdi.

Bununla yanaşı, onun dediyinə görə, Gürcüstan Suriya ilə artıq diplomatik əlaqələrin kəsilməsi prosseduruna başladı.

Suriya Xarici İşlər Nazirliyi bu gün bəyan etdi ki, işğal olunmuş Abxaziya və “Cəbu Osetiyanı” “tanıdı“.