Gürcüstan müftisinin müavini bəyan edir ki, məcburi hərbi xidmətlə bağlı təşəbbüs bütün dinlərin nümayəndələrinə eyni cür aid olmalıdır
Gürcüstan müftisinin müavini bəyan edir ki, məcburi hərbi xidmətlə bağlı təşəbbüs bütün dinlərin nümayəndələrinə eyni cür aid olmalıdır

Gürcüstanın Müsəlmanlar İdarəsinin müftisinin müavini Adam Şantadze bəyan edir ki, məcburi hərbi xidmətlə bağlı təşəbbüs bütün dinlərin nümayəndələrinə eyni cür aid olmalıdır.

Adam Şantadze bəyan edir ki, necə məhdudiyyətlər, eləcə də privilegiyalar hərhansı dinin nümayəndələrinə eyni şəkildə aid olmalıdır.

Müftinin müavininin dediyinə görə, idarə müəyyən qanun layihənin müəllifi olan deputat İrakli Sesiaşvili ilə görüşdü və qeyd olunan qanunun qarşısında bərabərliyi tələb etdilər.

Onun dediyinə görə, görüşdə razılığa nail olunmadı və məsələnin müzakirəsi bir həftədən sonra davam edəcək.

Xatırladaq ki, parlamentin müdafiyə komitəsinin sədri İrakli Sesiaşvilinin təşəbbüsü ilə, xristian dini xadimlərinin, dinə xidmət səbəbi ilə, hərbi xidmətlərinin təxirə salınması haqqından istifadə etmək imkanları ləğv olunmalıdır.