Bir vətəndaş din xadimlərini fiziki zorakılıqla ittiham edir
Bir vətəndaş din xadimlərini fiziki zorakılıqla ittiham edir

Zemo-Bodbe sakini olan 61 yaşlı vətəndaş din xadimlərini fiziki zorakılıqla ittiham edir.

Gia Qoqolaşvilinin dediyinə görə, kilsələrdən birinin baş keşişi və digər bir din xadimi onu evindən çıxartdılar, maşına oturtdular və dövdülər.

Yerli əhalinin məlumatına görə, Bodbisxevi kəndindəki monastırda yaşayan keşişlərlə münaqişə tez-tez baş verir. Səbəb isə, mal-qaranın monastır ərazisinə keçməsidir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaq cinayət məcəlləsinin 126-cı maddəsi ilə aparılır, hansı ki fiziki zorakılığı nəzərdə tutur.