Qoridən yoxa çıxmış həddi büluğa çatmayan bacıları Rustavidə, feysbuk dostunun yanında tapdılar
Qoridən yoxa çıxmış həddi büluğa çatmayan bacıları Rustavidə, feysbuk dostunun yanında tapdılar

Qoridən yoxa çıxmış həddi büluğa çatmayan bacıları polis Rustavidə tapdı. Bu barədə məlumatı Birinci Kanala Daxili İşlər Nazirliyində təsdiq etdilər.

Aşkar olundu ki, onlar Rustavidə, feysbuk dostunun yanında idilər.

Onlar baş verənlərlə əlaqədar Qori polisində sorğu olunacaqlar.

Bacıları doqquz gün ərzində axtarırdılar.

16 yaşlı Mariyam Meqrelişvili aprelin 12-da bacısı, Ana Meqrelişvili ilə birlikdə məktəbə getdi. Bacılar evə qatıtmayıblar. Aprelin 12-dən sonra onlar məktəbə də getməyiblər.

Daxili İşlər Nazirliyində bəyan edirlər ki, istintaq GCM-nin 143-cü maddəsinin 3-cü hissəsinin “q” bəndi ilə başlayıb. İntensiv axtarış-istintaq tədbirləri görülürdü.