Qoridə Stalinin doğum gününü qeyd etdilər (foto)
Qoridə Stalinin doğum gününü qeyd etdilər (foto)

Qoridə Stalinin 141-ci ildönümünü qeyd etdilər. Stalinin Ev-muzeyi qarşısına ənənəvi olaraq, “Kommunist Partiyası” və “Stalinçilər” ictimaiyyəti üzvləri toplaşdılar. Bu barədə məlumatı yerindən Gürcüstanın Birinci Kanalının jurnalisti çatdırdı.

Stalinin doğum gününün qeyd edilməsi üçün, onun ev-muzeyi qarşısında Stalinin heykəlini gül-çikəklə bəzədilər.

Həmçinin, Qorinin mərkəzi meydanında 2010-cu ildə demontajı baş verən Stalinin heykəlinin bərpasını tələb etdilər.

Ötən illərdən fərqli olaraq, bu il yürüş təşkil edilməyib.