Qış Kuboku 2020-nin finalı Birinci Kanalda - Gürcüstan Türkiyəni məğlubiyyətə uğratdı

Gürcüstan veteranlar yığması Türkiyəni məğlubiyyətə uğratdı və Batuminin yeni İdman Sarayında keçirilən Qış Kubokunun əfsanələr turnirinin finalında oynayacaq.

Zədələrinə görə Gürcüstan yığmasına Levan Kobiaşvili və Kaxa Kaladze yardım edə bilmirlər. Görüşün birinci taymında hesabı Aleko Amisuleşvili penalti ilə açdı. Türklər hesabı tezliklə bərabərləşdirdilər və birinci taym 1:1 hesabı ilə başa çatdı.

İkinci taymda Otar Martsvelaşvili qol vuraraq hesabı 2:1 etdi və məhz elə bu hesabla Gürcüstan komandası finala çıxdı.

Qış Kuboku 2020-nin finalında Gürcüstan yığması Ukrayna ilə görüşəcək.

Final görüşünün birbaşa reportajını saat 19:00-dan İctimai Yayımçının Birinci Kanalı təqdim edəcək.