Giorgi Qaxaria İctimai Yayımçıya virusla mübarizənin ilk cəbhəsində apardığı işlər üçün təşəkkür edir
Giorgi Qaxaria İctimai Yayımçıya virusla mübarizənin ilk cəbhəsində apardığı işlər üçün təşəkkür edir

Kimlər üçünsə bu sözlər abartılmış ola bilər, ancaq krizis və fövqəladə vəziyyət şərtlərində, İctimai Yayımçının funksiyası xüsusi ilə fərqləndi və yayımçının hər bir jurnalistinə virusla mübarizənin ilk cəbhəsində apardığı işlər üçün təşəkkür etmək istəyirəm, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria Gürcüstanın Birinci Kanalının “Azad baxış” verlişində verdi.

Dövlət başçısının dediyinə görə, ictimaiyyətin məlumatlandırılmasının keyfiyyəti fövqəladə vəziyyət şərtlərində xüsusi ilə önəmlidir.

“İctimai Yayımçının jurnalistləri çox əhəmiyyətli funksiya yerinə yetirdilər. Müəyyən regionlarda, qapalı karantin zonalarında İctimai Yayımçı azad hərəkət imkanı verilən yeganə vasitə idi və iqtidar qərarlarının, doğru komunikasiyaların açıqlanması və vətəndaşların məkumatlaşdırılması baxımından İctimai Yayımçının jurnalistləri böyük rol oynadılar və bunun üçün onlara təşəkkür etmək istəyirəm” – dedi Giorgi Qaxaria.