Fövqəladə vəziyyət və karantin qaydalarını təkrər pozan altı ilədək həbslə cəzalandırılacaq
Fövqəladə vəziyyət və karantin qaydalarını təkrər pozan altı ilədək həbslə cəzalandırılacaq

Gürcüstan Parlamenti “Cİnayət Məcəlləsinə”, həmçinin “İnzibatı Xətalar Məcəlləsinə” üçüncü dinləmə ilə yeni normalar daxil etdi.

Parlament çoxluğunun lideri, Mamuka Mdinaradzenin bəyan etdiyinə görə, inzibati qayda ilə cərimələnən şəxs, fövqəladə vəziyyətin və karantin rejiminin pozulmasına görə, altı ilədək azadlıqdan məhrum edilmə ilə cəzalandırılacaq.

“Qeyd olunan qaydaları pozan fiziki şəxs 3000, hüquqi şəxs isə, 15000 ları ilə cərimələnir. Bu artıq ictimaiyyət üçün məlumdur. Bunların təkrar olunması təqdirində şəxs altı ilədək azadlıqdan məhrum edilmə ilə cəzalandırılacaq”, – Mamuka Mdinaradze bəyan etdi.

Onun dediyinə görə, dekretdə cərimələrin nəzərə alınmasının prevensial məqsədi var idi ki, virusun yayılması ilə bağlı risklər maksimal olaraq azaldılsın.

“Bundan irəli gələrək, bu məsələ ilə bağlı amnistiya və əfv barəsində söhbət yoxdur, çünki hər bir vətəndaş yaxşı dərk etməlidir ki, bu qaydanı pozarkən ictimaiyyətə təhlükə yaradır. Beləliklə tərəfimizdən yaradılan norma prevensiya və risklərin minimuma qədər endirilməsinə xidmət edir”, – Mamuka Mdinaradze qeyd etdi.