Fövqəladə Hallar İdarəsi Xidmətinin məlumatına görə, Xelvaçauridə torpaq sürüşməsi evi apardı, vətəndaşların axtarış işləri aparılır
Fövqəladə Hallar İdarəsi Xidmətinin məlumatına görə, Xelvaçauridə torpaq sürüşməsi evi apardı, vətəndaşların axtarış işləri aparılır

Xelvaçauridə torpaq sürüşməsi evi apardı, vətəndaşların axtarış işləri aparılır, – bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi Xidmətinin bəyanatında deyilir.

İdarənin məlumatına görə, Acarada çoxlu yağan yağışlara görə, “112” mərkəzinə 400-dən artıq zəng daxil olub.

“Hadisəni görənlərin dediyinə görə, Xelvaçauridə torpaq sürüşməsi evi apardı, içərisində olan vətəndaşların axtarış işləri aparılır.

Zənglərin əksəriyyəti küçələrə, evlərin birinci mətəbələrinə, həyət və zirzəmilərə dolan suya aiddir. Bir neçə yerdə, yolda, torpaq kütləsi çöküb və yol bağlanıb, çaylar daşıb.

Xilasedicilər kran vasitəsilə, Satexi çayından bir avtomobil çıxardılar. İçərisində heç kim yox idi”, – Fövqəladə Hallar İdarəsi Xidmətində bəyan edirlər.

Elə onların məlumatına görə, xilasedicilər bütün Acara miqyası ilə əhaliyə müxtəlif yardım göstərirlər.

“İşlərə 60 nəfərlik tərkiblə 17 yanğınsöndürmə-xilasedici qrupu qoşulub. Acaraya əlavə olaraq başqa bölgələrdən də əlavə qruplar gəlirlər. Bu vaxt üçün bütün zənglərə münasibət bildirlib”, – Fövqəladə Hallar İdarəsi Xidmətinin bəyanatında deyilir.