Dünya Patriarxlığı Kiyevə öz nümayəndələrini göndərir
Dünya Patriarxlığı Kiyevə öz nümayəndələrini göndərir

Ukrayna Pravoslav Kilsəsi üçün avtokefaliyanın verilməsinin hazırlanması çərçivəsində, Dünya Patriarxlığı Kiyevə öz nümayəndələrini göndərir. Bu barədə məlumatı Dünya Patriarxlığının Müqəddəs Sinodun Katibliyi yayır.

Bəyanata əsasən, Kiyevdə Dünya Patriarxlığının eqzarkatları ABŞ-dan yepiskop Daniel və Kanadidan yepiskop İlarion olacaq.

Xatırladaq ki, Kiyev Patriarxlığının mətbuat katibi avqustun 31-də sosial şəbəkədə yazdı ki, Dünya Patriarxlığı Ukrayna Pravoslav Kilsəsinə avtokefaliyanın verilməsinə qərar verdi.