Ceyms Apaturay - NATO işğal olunmuş Abxaziyada keçirilən üzdəniraq prezident seçkilərini tanımır
Ceyms Apaturay - NATO işğal olunmuş Abxaziyada keçirilən üzdəniraq prezident seçkilərini tanımır

NATO işğal olunmuş Abxaziyada keçirilən üzdəniraq prezident seçkilərini tanımır.

Qafqazda NATO-nun baş katibinin xüsusi nümayəndəsinin, Ceyms Apaturayın “fesbuk” sosial şəəkəsində yazdığına görə, aliyansın müttəfiqləri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımırlar.

“NATO avqustun 25-də, Gürcüstanın bölgəsi Abxaziyada keçirilən üzdəniraq prezident seçkilərini tanımır. NATO-nun müttəfiqləri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımırlar. NATO Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”, – Ceyms Apaturay “fesbuk” sosial şəəkəsində yazır.

Rusiya tərəfindən işğal olunmuş Abxaziyada üzdəniraq prezident seçkiləri avqustun 25-də keçirildi. İşğal rejiminin yaydığı məlumata görə, “prezidentlik uğrunda doqquz namizəd mübarizə aparırdı, o cümlədən indiki prezident Raul Xacimba”. İkinci turda Raul Xacimba və Alxas Kvisiniya qarşılaşacaqlar. İşğal olunmuş Abxaziyada üzdəniraq prezident seçkilərinin ikinci turu sentyabrın 8-də keçiriləcək.

Şərh yaz