Borcomi dərəsində yanğın nəticəsində zərər görən meşənin bərpa işləri sentyabr ayından başlayacaq
Borcomi dərəsində yanğın nəticəsində zərər görən meşənin bərpa işləri sentyabr ayından başlayacaq

Borcomi dərəsində, Daba kəndində, 2008 və 2017-ic ilin avqust ayında baş verən yanğınar zamanı zərər görən meşənin bərpa işləri cari ilin sentyabr ayında başlayacaq.

Milli meşə agentliyinin məlumatına görə, layihənin həyata keçirilməsinə qədər, meşə massivində təmizləmə işləri aparılır və ərazi yanıq ağaclardan təmizlənir.

Meşə agentliyinin məlumatına görə, yanğın perimetri 943 hektar idi.

İlk mərhələdə, meşənin bərpası 144 hektar ərazidə həyata keçiriləcək və oraya 400 min ağac basırılacaq.

Meşə agentliyində bəyan edirlər ki, bərpa layihəsinin əsas məqsədi, meşənin əvvəlki ekosisteminin qaytarılmasıdır.