Bir ay əvvəl bütün biletlər satılıb - Gürcüstan-Belarus matçından əvvəl presedentsiz fakt
Bir ay əvvəl bütün biletlər satılıb - Gürcüstan-Belarus matçından əvvəl presedentsiz fakt

“Belarus matçına qədər bir ay əvvəl biletlərin hamısı satılıb!”, – məlumatı Futbol Federasiyasının feysbuk səhifəsi yayır.

Bu, dünya futbol tarixində nadir hallardan biridir, çünki matçın biletlərinin hamısı görüşün başlamasına qədər düz bir ay əvvəl artıq satılıbdır.

Futbol Federasiyası biletlərin onlayn satışına fevralın 15-də başladı.

Gürcüstan futbol yığması Belarus milli komandası ilə Avro2020-nin pleyoff görüşündə martın 26-da Tbilisidə, “Dinamo Arena” stadionunda qarşılaşacaq. Qalib komanda 31 martda Şimali Makedoniya və Kosovo arasında qaliblə görüşəcək və qələbə qazanan komanda Avro2020-də oynayacaq.

Matçın birbaşa translasiyasını Gürcüstanın Birinci kKanalı təqdim edəcək.