Belçika polisi miqrantların təqibi əməliyyatı zamanı iki yaşlı qızı öldürdü
Belçika polisi miqrantların təqibi əməliyyatı zamanı iki yaşlı qızı öldürdü

Belçika polisi miqrantların təqibi əməliyyatı zamanı iki yaşlı qızı öldürdü.

Politico-nun yazdığına görə, faicə polis furqonu təqib edərkən baş verdi. Maşında 29 İraqlı miqrant, o cümlədən üç uşaq var idi.

Təqib əməliyyatında 15 ekipaj iştirak edirdi. Əməliyyat zamanı hüquqmühafizəçilər atəş açdılar, bu zaman azyaşlı uşağı ölümcül yaraladılar.

“Baxmayaraq ki, uşağın ölümü faciəvi olsun, bu vəziyyətdə valideynlərinin məsuliyyəti önəmlidir. Bu insanlar barəsində yalnız bir qurban kimi söhbəti düzgün hesab etmirəm”, – Belçikanın Antverpen şəhərinin meri, Bert De Vever bəyan etdi.

Onu Belçika Dİ naziri Yan Yambon dəstəklədi və qeyd etdi ki, baş verənlərə görə məsuliyyəti uşağın valideynləri də daşıyırlar.

Qeyd olunan bəyanatlıar müxalifətin sərt tənqidinə səbəb oldu. Brüsseldə baş verənlərə görə etiraz aksiyası keçirildi.

Aksiya iştirakçıları polisi qatil adlandırdılar.

Şərh yaz