Brüsseldə məşhur kiçik oğlan heykəli gürcü çoxası geyinib
Brüsseldə məşhur kiçik oğlan heykəli gürcü çoxası geyinib

Belçikada, Brüsselin məşhur kiçik oğlan heykəli Manneken-Pis bugün gürcü çoxası geyinib.

Bu barədə bəyanatı Avropa İttifaqının Gürcüstan missiyası yayır.

“Gürcüstanın İlk Demokratik Respublikasının əsasının qoyulmasının 100 illik yubileyini təbrik edirik” – deyilir Twitter səhifəsində.

Gürcüstanın İlk Demokratik Respublikasının əsasının qoyulmasının 100 illik yubiley tarixi bütün dünya miqyasında qeyd olunur.