Belçika hakimiyyəti koronavirus hallarının artmasına görə, tədbirlərin sərtləşdirilməsini planlaşdırır

15:49, 27.07.2020

Belçika hakimiyyəti koronavirus hallarının artmasına görə, tədbirlərin sərtləşdirilməsini planlaşdırır. Məsələni Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə edəcəklər. İclasa baş nazir rəhbərlik edəcək.

Belçikada son bir həftədə 2 000-ə qədər hal aşkar edildi. Gündə orta olaraq 280-ə qədər fakt aşkar edilir. Bu isə, öncəki həftələrin göstəricilərindən iki dəfə artıqdır.

Epidemiyanın yayılmasından bu günə qədər, ölkədə koronavirusun 66 mindən artıq halı aşkar edilib, 9 821 pasiyent vəfat edib.

Oxşar