Avropa Meydanında Berlin Divarının fraqmenti ucaldıldı
Avropa Meydanında Berlin Divarının fraqmenti ucaldıldı

Bu gün Avropa Meydanında, Darecani Sarayı yanında Berlin Divarının fraqmenti ucaldıldı. Bu da, Gürcüstan baş naziri Giorgi Kvirikaşviliyə 2017-ci il iyunun 16-da, Almaniya Federativ Respublikasında rəsmi səfəri zamanı hədiyyə edilən, gürcü-alman dostluğunun rəmzidir.

Berlin Divarının fraqmentinin qurulması mərasimində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, nazirlər kabinetinin üzvləri, Almaniya Federativ Respublikasının Gürcüstandakı səfiri, Gürcüstanın Almaniyadakı səfiri və başqa rəsmi şəxslər iştirak etdilər.