Arçil Tatunaşvilinin cəsədinin işğal olunmuş Sxinvalidən Tbilisiyə bu gün uğranması mümkündür
Arçil Tatunaşvilinin cəsədinin işğal olunmuş Sxinvalidən Tbilisiyə bu gün uğranması mümkündür

İşğal olunmuş Sxinvali ərazisində vəfat edən Arçil Tatunaşvilinin cəsədini Tbilisiyə bu gün uğrayacaqlar, – bu barədə jurnalistlərə vəfat edənin qohumu bəyan etdi.

Ailə üzvləri Sxinvali işğal rejiminin yaydığı məlumatla ki, Arçil Tatunaşvili ürək çatışmamazlığı üzündən vəfat etdi, inanmırlar.

“Həmvətnlimizi işğal olunmuş ərazidə öldürdülər. Onun cəsədinin verilməsi üçün dinc aksiya keçirdik. Bazar günü gözləyirdik. Lakin işğal olunmuş ərazidə şənbə-bazar işləmirlərmiş. Axalqoridə deyirlər ki, terror aktını təşkil etmək istəyirmiş, ona görə qətlə yetirdilər. O, iki il ərzində Axalqoriyə keçirdə və orada alver edirdi. Maşını kirayəyə götürmüşdü. Yıxıldığı barədə yayılan məlumata inanmırıq. Sadəcə olara ona beş-on insan bir şey edə bilməzdi. Özü isə pilləkandan yıxılmazdı. Ona işgəncə verilib və öldürülüb”, – Arçil Tatunaşvilinin qohumu bəyan etdi.

Onun dediyinə görə, Tatunaşvili ilə birlikdə yaxalanan iki nəfər də Axalqoridən çıxa bilmir, çünki onların sənədləri əllərində alınıb və telefon əlaqəsi mükün deyil.

Arçil Tatunaşvilinin qohumunun bəyan etdiyinə görə, Tatunaşvilinin cəsədinin uğranması məsələsini aydınlaşdırmaq üçün Axalqoriyə keçməyi planlaşdırır. Məhz elə buna görə, jurnalistlərdən xahiş etdi ki, onun kimliyini açıqlamasınlar.

2018-ci il, fevralın 22-də Rusiya işğal rejimi Axalqoridə 3 Gürcüstan vətəndaşını – Arçil Tatunaşvili, Levan Kutaşvili və Yoseb Tatunaşvilini qeyri-qanuni yaxaladı. Fevralın 23-də məlum oldu ki, yaxalanmış Arçil Tutunaşvili müəyyən olunmayan durumda vəfat etdi.