Ana Qomeş - biz işğalçı olan ölkələrə qarşı Gürcüstana dəstək idik və həmişə dəstək olacağıq
Ana Qomeş - biz işğalçı olan ölkələrə qarşı Gürcüstana dəstək idik və həmişə dəstək olacağıq

Biz işğalçı olan və torpaqlarınızı qanunsuz işğal edən ölkələrə qarşı Gürcüstana dəstək idik və həmişə dəstək olacağıq, – bu barədə Birinci Kanala Avropa Parlamentinin üzvü, Ana Qomeş bəyan etdi.

Onun dəyərləndirməsində görə, Rusiya Gürcüstan vətəndaşlarının hüquqlarını, həmçinin beynəlxalq hüquq prinsiplərini və normalarını kobudcasına pozur.

“Gürcüstan vətəndaşı, Arçil Tatunaşvilinin öldürülməsi bir daha onun sübutu idi ki, vəziyyət həyəcan doğurucudur və Avropa İttifaqı maksimal şəkildə fəal olmalıdır. Biz heç bir vaxt işğal və təcavüz ilə barışmayacağıq”, – Ana Qomeş bəyan etdi.

Bununla yanaşı, onun dəyərləndirməsinə görə, Suriya tərəfindən Gürcüstanın işğal olunmuş ərazilərinin tanıması onun nümayişidir ki, “Əsəd rejimi” Putinin marionet rejimidir.

Avropa Parlamentində iyunun 12-də, Gürcüstan barəsində debatlar təyin olunub. Parlamentdə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Federika Moqerini nitqlə çıxış edəcək.