ABŞ hökuməti Gürcüstan Daxili İşlər Nazirliyinə "Aylend" tipli iki gəmini - "Dioskuriya" və "Oçamçireni" verdi
ABŞ hökuməti Gürcüstan Daxili İşlər Nazirliyinə "Aylend" tipli iki gəmini - "Dioskuriya" və "Oçamçireni" verdi

ABŞ hökuməti Gürcüstan Sahil Mühafizəsinə “Aylend” tipli iki gəmini verdi.

Gəmilərin təhvil verilməsi mərasimi Potidə, Sahil Mühafizə bazasında keçirildi. Tədbiri Gürcüstanın baş naziri Mamuka Baxtadze və Daxili İşlər naziri Giorgi Qaxariya açdılar.

Daxili İşlər naziri “Dioskuriya” və “Oçamçire” gəmilərinin heyət tərkibinə müraciət etdi:

“Bu gün biz görkəmli tarixi və iki tədbiri qeyd edirik. Bu gün Sahil Mühafizə Departamentinin yaradılmasında 20 il keçir və strateji partnyorumuz, ABŞ hökuməti Gürcüstana “Aylend” tipli iki gəmini – “Dioskuriya” və “Oçamçireni” verdi. İlk növbədə Sahil Mühafizə Departamentinin əməkdaşlarını təbrik etmək istəyirəm. Həmçinin, strateji partnyorumuz, Amerika Birləşmiş Ştatlarına təşəkkürümü bildirmək istəyirəm”, – Giorgi Qaxariya bəyan etdi.

Tədbirdə Gürcüstan Hökumətinin üzvləri, Daxili İşlər Nazirliyi, ABŞ səfirliyi, NATO-nun Əlaqələndirci Ofisi və Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və müxtəlif ölkələrin müdafiə attaşeləri iştirak edirdilər.

Gürcüstanın baş naziri Mamuka Baxtadze iştirakçılara nitqlə müraciət etdi.

“Gürcüstan və ABŞ arasındakı əlaqələr və partnyorluq bu qədər yüksək səviyyədə heç bir zaman olmayıb. Qara Dəniz, dünya təhlükəsizliyi memarlığında mütləq xüsusi rolunu yerinə yetirəcək. Bir daha bizim dostlarımıza tərəfdaşlıq üçün minnətdarlığımı bildirmək istəyirəm”, – baş nazir Mamuka Baxtadze bəyan etdi.

ABŞ səfiri vəzifəsini yerinə yetirən, Elizabet Rudun nitqlə çıxış edərkən bəyan etdiyinə görə, Amerikanın yardımı bu gəmilərlə başa çatmayacaq.

“Aylend” tipli “Dioskuriya” və “Oçamçire” gəmiləri öz texniki imkanları ilə fərqlənir, müasir standartlı naviqasiya və rabitə sistemləri ilə təchiz olunub.

Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayır.