Zviad Şalamberidze- yaxın günlərdə Ğvankitidə təyin olunmuş məhdudiyyətlərin yüngülləşdirilməsi planlaşdırılır
İmereti bölgəsinin qubernatoru,Zviad Şalamberidzenin sözlərinə görə,Terjola Munisipalitetinin Ğvankiti kəndində yaxın günlərdə təyin olunmuş məhdudiyyətlərin yüngülləşdirilməsi planlaşdırılır.
Onun sözlərinə görə, müddət protokoldan asılıdır ki,sözü gedən protokol əsasında kənddə məhdudiyyətlər təyin olundu.
“Epidemioloqların tövsiyyələrinə uyğun olaraq, Ğvankiti ilə bağlı ciddi protokol həyata keçirdik. Gvankitidə bir çox yoluxma hallarının qeydə alınması səbəbi ilə, bütün kəndi bağlayıb karantin zonasına çevirmək qərarına gəldik. Kənddə həyata keçirilən sonrakı tədbirlər ərazidə infeksiyanın daha da yayılmasının qarşısını almaq məqsədi üçün həyata keçirildi. Bu gün deyə bilərik ki, görülən tədbirlər sayəsində nəticə əldə etdik və yaxın günlərdə Ğvankitinin açılması və görülən tədbirlərin yüngülləşdirilməsi planlaşdırılır “- deyə Zviad Şalamberidze bildirib .
O, dövlətin Ğvankiti sakinlərinə məhsulun satışında yardım etdiyini bildirib.
Koronavirusa bir neçə yoluxma halının qeydə alınmasından sonra, Terjola Munisipalitetinin Ğvankiti kəndi aprelin 23-dən etibarən bağlanılıb.
Hazırladı-Sevinc Mustafayeva