Zviad Devdariani İctimai Yayımçının Qəyyumlar Şurasının üzvlüyünə namizədliyini geri çəkdi
Zviad Devdariani İctimai Yayımçının Qəyyumlar Şurasının üzvlüyünə namizədliyini geri çəkdi

Xalq Müdafiyəçisi tərəfindən İctimai Yayımçının qəyyumlar şurasının üzvlüyünə namizəd olaraq tədim edilən Zviad Devdariani bəyan etdi ki, öz namizədliyini geri çəkir.

Zviad Devdariani ona qarşı məqsədyönlü şantajın edildiyi haqqında bəyanat yaydı.

“Dünən bütün gecə mənə və ailəmə qarşı şantaj və təzyiq edilirdi, hansı ki, növbəti gün “Qadınlar hərəkatı” tərəfindən, mənim reputasiyama xələl gətirən və ailəmi dağıdan və həmçinin, Xalq Müdafiyəçisi apparatına zərbə vuran suçlamalarla davam etdi.

Belə şərtlərdə, risklərin sadəcə mənə toxunmadığına görə, emosiyalarımı kənara qoyub, çalışmağa davam etməyim çətindir. Bəlkə kimsə məni sevmir, ancaq əminəm ki, çalışdlğım vəzifələrdən heç vaxt suistifadə etməmişəm.

“Qadınlar hərəkatı” tərəfindən verilən bəyanatı mənə qarşı məqsədyönlü bir şantaj olduğunu hesab edirəm. Bu ittihamlara qarşı davamı hüquqi yol ilə davam etdirməyə hazıram.

Hansısa vəzifədə olmaq həyatımın əsas məqsədi deyil və İctimai Yayımçının Qəyyumlar Şurasının üzvlüyündən namizədliyini geri çəkirəm.

Mənə inanıb, dəstək verən insanlara təşəkkür etmək istəyirəm” – deyir Zviad Devdariani.

Xatırladaq ki, bugün “Qadınlar hərəkatı” Zviad Devdarianiyi qadınlara seksual narahatçılıq verdiyi faktları təsvir edən bəyanat yaydı.