Zuriko Davitaşvili Fici ilə oyundan əvvəl Bordoda gürcü reqbiçiləri ilə görüşüb və onlara uğurlar arzulayıb #1TVSPORT
Zuriko Davitaşvili Fici ilə oyundan əvvəl Bordoda gürcü reqbiçiləri ilə görüşüb və onlara uğurlar arzulayıb #1TVSPORT

Gürcüstan futbol komandasının və “Bordonun” hücumçu yarımmüdafiəçisi Zuriko Davitaşvili Bordoda olan və dünya çempionatında Fici yığması ilə oynamağa hazırlaşan Gürcüstanın reqbi komandasının qonağı olub.

Davitaşvilinin komandası “Bordonun”, həmçinin “Borjğalosnenin” oyunu da sentyabrın 30-da keçirəcək. Zuriko gürcülərin görüşündə iştirak edə bilməyəcək, lakin o, reqbiçilərə oteldə baş çəkib və onlara uğurlar arzulayıb. Futbolçuya xatirə olaraq “Borjğalosnelilərin” 9 nömrəli forması verilib.

Zuriko Davitaşvili sosial şəbəkədə bu görüş haqqında yazı dərc edib.

“Bu gün Bordoda Gürcüstanın reqbi komandasına baş çəkdim. Oğlanlarımız sentyabrın 30-da mənim şəhərimdə Fici komandası ilə qarşılaşacaqlar.

Sabah oyunum olduğu üçün təəssüf ki, matçda iştirak edə bilməyəcəm, amma onların otelinə gedib onlarla şəxsən tanış olmaq şərəfinə nail oldum.

Dəstənin köynəyini hədiyyə etdikləri üçün uşaqlara təşəkkür edirəm. Fici ilə oyunda uğurlar. Əminəm ki, onlar bizi xoşbəxt etmək üçün hər şeyi edəcəklər”, Zuriko Davitaşvili yazıb.