Zurab Chiaberaşvili - Referendum Gürcüstanın bütün ərazisində keçirilir, konstitusiyada 78-ci maddə artıq yazılıb, Gürcüstan artıq Avropa İttifaqına namizəd statusuna malikdir, reviziyaya başlayırıq ? bu, kimin xeyrinədir ?
Referendum Gürcüstanın bütün ərazisində keçirilir, konstitusiyada 78-ci maddə artıq yazılıb, Gürcüstan artıq Avropa İttifaqına namizəd statusuna malikdir, reviziyaya başlayırıq ? bu, kimin xeyrinədir ?- bu haqda “Vahid Milli Hərəkat”ın xarici istiqamət üzrə katibi Zurab Chiaberaşvili “Facebook” səhifəsində yazır.
“1. Referendum Gürcüstanın bütün ərazisində keçirilir. Çünki, Rusiya tərəfindən Gürcüstan ərazisinin 20%-i 1990-93-cü illərin müharibələri nəticəsində, 2008-ci ildə də – avqust müharibəsinədək işğal olunub! – Referendum yox, plebissit keçirildi.
2. Plebissit 2008-ci ildə keçirildi. Xalqın iradəsi ifadə olunub.
3. Konstitusiyada 78-ci maddə artıq yazılıb.
4. Gürcüstan artıq Avropa İttifaqına namizəd statusuna malikdir.
5. Yəni 2-3-4-cü bəndlərin reviziyasına başlayırıq? Bu, kimin xeyrinədir ?”-Zurab Chiaberaşvili yazır.
Gürcüstanın Prezidenti Salome Zurabişvili dünən brifinqdə bəyan edib ki, indi referendum hazırlanmalıdır- Gürcüstan Avropa yoxsa rus gələcəyi istəyir.