Zurab Azaraşvili təcrid müddətinin 5 günə qədər azalacağını istisna etmir
Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvilinin sözlərinə görə, təcrid və karantin qaydalarının dəyişdirilməsi məhz “Omikron” ştamının gedişatı ilə əlaqədardır və təcrid müddəti 12 gündən 8 günə endirilib.
Lakin, nazir təcrid müddətinin daha da azaldılacağını istisna etməyib.
“Müxtəlif ölkələrin nümunələrinə nəzər salsaq, buna yenidən baxılmasını müzakirə edə bilərik, çünki məsələn ABŞ-da 8 gün deyil, 5 gün məcburidir”- deyə Zurab Azaraşvili bildirib.