Zurab Azaraşvili - sosial cəhətdən həssas insanlar əgər başqa yerdə işlədiklərini sübut etsələr və məşğulluq proqramına qoşulmaq istəmədiklərini bildirsələr, dörd il ərzində onların bazada yoxlanılmayacaqlarına söz veririk
Sosial müavinət alan əmək qabiliyyətli şəxslərin ictimai iş yerlərində işlə təmin edilməsinə dair genişmiqyaslı proqram munisipalitetlərdə, şəhərlərdə və kəndlərdə 10 min iş yeri deməkdir və onların üç alternativi olacaq, -bu barədə səhiyyə naziri Zurab Azaraşvili hökumətin bugünkü iclasından sonra keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, proqram 200 minə yaxın əmək qabiliyyətli sosial cəhətdən həssas şəxs üçün nəzərdə tutulub.
Səhiyyə nazirinin də qeyd etdiyi kimi, sosial cəhətdən həssas şəxslər əgər başqa yerdə işlədiklərini sübut etsələr və məşğulluq proqramına qoşulmaq istəmədiklərini bildirsələr, dörd il ərzində onların bazada yoxlanılmayacaqlarına söz veririk.
“Bildiyiniz kimi, bir neçə ay əvvəl baş nazirin təşəbbüsü ilə dövlət məşğulluğu layihəsi üzərində işə başlanılıb. Bu məqsədlə müxtəlif ölkələrin nümunələrini öyrənən işçi qrupu yaradıldı, bu nümunələr və onların təcrübələri əsasında baş nazir bu gün layihəyə mart ayından fəal şəkildə başlayacağımızı bildirdi. Layihə munisipalitetlərdə, şəhərlərdə, kəndlərdə 10 min iş yeri deməkdir, əmək qabiliyyətli sosial cəhətdən həssas vətəndaşlarımıza müxtəlif növ ictimai işlər təklif edəcəyik. Bu halda onların üç alternativi olacaq.
Təxminən 600 min sosial cəhətdən həssas vətəndaşın ən azı 200 mini əmək qabiliyyətli sosial cəhətdən həssasdır və bu proqram onlar üçün nəzərdə tutulub. Əgər onlar başqa yerdə işləyirlərsə, bunu qanuniləşdirsinlər, başqa yerdə işlədiklərini sübut etsələr və bizim ictimai məşğulluq proqramımıza qoşulmaq istəmədiklərini bildirsələr, o zaman söz veririk ki, dörd il ərzində onlar və onların ailə üzvləri sosial cəhətdən həssas şəxslərin bazasında yoxlanılmayacaqlar.
Həmçinin, ikinci alternativ də var, bizim təklifimizi qəbul etsinlər, ictimai məşğulluq işlərindən birini seçsinlər və ay ərzində sosial cəhətdən həssas statusuna görə aldığından başqa, (o qalacaq) əlavə olaraq 300 lari alacaq. Həmçinin, dörd il ərzində onlara da söz veririk ki, yoxlanılmayacaqlar və onların ballarına yenidən baxılmayacaq.
Üçüncü alternativ, heç biri ilə razılaşmasalar, bir ildən sonra sosial cəhətdən həssas olanların bazasında onların ballarının miqdarını yoxlayacağıq və bundan sonra bazada olub-olmamaları ilə bağlı qərar verəcəyik.
İki il ərzində moratorium elan edildiyini və sosial cəhətdən həssas olanların bazasına yalnız yeni üzvlər əlavə olunduğunu nəzərə alarsaq, biz belə bir yanaşmanın daha ədalətli olduğunu düşünürük , heç kimin bunun niyə yoxlanıldığı və siyahıda olmaması ilə bağlı sualı və iradı olmayacaq”-deyə Zurab Azaraşvili bildirib.