Zurab Azaraşvili - "Omicron" olduqca yüngül gedişatı ilə xarakterizə olunur, xəstəxanaya yerləşdirmə halları əhəmiyyətli dərəcədə azalıb

 

Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvilinin sözlərinə görə, “Omicron” olduqca yüngül gedişatı ilə xarakterizə olunur, xəstəxanaya yerləşdirmə halları əhəmiyyətli dərəcədə azalıb.

Azaraşvili bildirib ki, əvvəlki həftə ərzində qaynar xəttə, eləcə də onlayn klinikalara lazımi sayda operatorlar, ixtisaslı həkimlər əlavə olunub və onun fikrincə distant xidmətlər baxımından heç bir zəng cavabsız qalmamalıdır.

“Covid”-in altıncı ştammı “Omicron” olduqca yüngül gedişatı ilə xarakterizə olunur və olduqca pozitiv şəkildə qeyd edə bilərik ki, xəstəxanaya yerləşdirilmə halları xeyli azalıb. “Omicron” və onun idarə edilməsi ilə bağlı ola biləcək problemlər əsasən zəng mərkəzləri, qaynar xəttlər, onlayn klinikalar və ya 112 xidməti kimi distansional xidmətlərlə əlaqəlidir. Adekvat sayda kadrla təchiz olunmaq çox vacibdir. Əvvəlki həftə ərzində qaynar xəttə və onlayn klinikalara lazımi sayda operator və ixtisaslı həkimlər əlavə etdik. Hesab edirəm ki, heç bir zəng cavabsız qalmamalıdır. İstər evdə müalicə, istərsə də konsultasiya və xəstəxanaya yerləşdirilmə olsun, biz bütün bu axınları adekvat şəkildə idarə edirik. Bu baxımdan heç bir problem və ya ağırlaşma gözləmirik. Ordunun yardımına gəlincə, hesab edirəm ki, bu proseslərin idarə edilməsi baxımından orduya ehtiyac yoxdur”- deyə Zurab Azaraşvili bildirib.