Zurab Azaraşvili - müxtəlif şəhərlərdə məcburi köçkünlər üçün dövlət mülkiyyətində olan torpaqları artıq seçmişik, bütün istiqamətlərdə işləyirik və bütün mümkün resurslardan istifadə edirik
Ən kritik vəziyyətdə olan məcburi köçkünlər üçün Tbilisi, Rustavi, Kutaisi və digər şəhərlərdə dövlət mülkiyyətində olan torpaqları artıq seçmişik və hazırda bu torpaqların munisipalitetlərdən və Əmlakın İdarə Edilməsi Agentliyindən alınması prosesi aparılır – bu barədə İşğal altındakı ərazilərdən olan qaçqınlar,əmək, səhiyyə və sosial müdafiə naziri hökumət iclasında bildirib.
Onun sözlərinə görə, paralel olaraq qeyd olunan torpaqlarda tikintiyə başlamaq üçün müxtəlif inşaat şirkətləri ilə danışıqlara başlanılıb.
Zurab Azaraşvili “Kartlşi” sanatoriyasında məskunlaşan məcburi köçkünlərin problemlərinə də toxunub və qeyd edib ki, nazirlik onların tikintisi aparılan yaşayış sahələrində yerləşdirilməsi üçün fəal danışıqlar aparır.
“Kartli” mehmanxanası ilə əlaqədar, vəziyyətin belə kritik olmasına görə biz 200-ə yaxın mənzilin olduğu indiki tikililəri tapmışıq və mövcud qiymətlər çərçivəsində elan edilmiş müsabiqəyə daxil olmaq üçün onlarla danışıqlar aparırıq. Cari ildə biz əhalini bu mənzillərlə təmin edəcəyik. Qaçqınlar üzrə Agentliyin layiqli yaşayış şəraiti olan müxtəlif mənzillər tapdığını, bizim kritik vəziyyətdə yaşayan qaçqınlara bu mənzillərə kirayəyə çıxmağı təklif etdiyimizi təsdiqləyirəm. Tikinti başa çatana qədər onlar orada yaşaya biləcəklər. Biz bütün istiqamətlərdə işləyirik, bütün mümkün resurslardan istifadə edirik və yaxın gələcəkdə konkret nəzərəçarpacaq nəticələr əldə edəcəyik”-deyə Zurab Azaraşvili bildirib.