Zurab Azaraşvili klinikaların nümayəndələri və səhiyyə ekspertləri ilə görüşüb

 

Səhiyyə naziri Zurab Azaraşvili və səhiyyə nazirinin birinci müavini Tamar Qabunia klinikaların nümayəndələri və səhiyyə ekspertləri ilə görüşüblər. Tərəflər yeni “Omicron” ştamının yayılması risklərini qiymətləndiriblər və cavab tədbirlərini müzakirə ediblər.

Görüşdə peyvəndləmə ilə bağlı məsələlər, Omikronun yayılmasının qarşısının alınması üçün gücləndirici doza və maskanın aktiv istifadəsinin əhəmiyyətindən söhbət düşüb. Yeni ştamın gedişatı, simptomları və müalicə yolları müzakirə olunub. Səhiyyə naziri tibb mütəxəssislərinə dəstək vəd edib.

“Mövcud epidemioloji vəziyyət ilə bağlı daha çox müstəqil fikir öyrənmək üçün, necə qarşısını almaq üçün, Səhiyyə Nazirliyinin nə ilə məşğul olması, sizə nə ilə dəstək ola bilməsi və s. məsələləri öyrənmək məqsədi ilə bugünkü görüş mənim təşəbbüsümlə baş tutdu və həmçinin, Omikronun bugünkü gedişatı, nə qədər yüngül inkişaf etməsi, hospitalizasiya haalarının necə olması mənə maraqlıdır” -deyə Zurab Azaraşvili bildirib.

Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidməti yayır.