Zurab Azaraşvili - ilkin məlumata görə, “Kartlşi” sanatoriyasında baş verən bədbəxt hadisədir, istintaqın nəticəsini gözləyək və bunu məcburi köçkünlərin problemi ilə əlaqələndirməyək

 

Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Zurab Azaraşvilinin sözlərinə görə, “Kartlşi” sanatoriyasında məskunlaşan məcburi köçkünlərdən bir kişinin ölümü ilə bağlı istintaq aparılır, ilkin məlumata görə bunun qəza olması qeyd olunur.

” İlk növbədə mərhumun ailəsinə başsağlığı verirəm. Bunun əvvəlki günlərdə baş verən hadisələrlə əlaqəsinin ola bilməsinə dair sizinlə razılaşa bilmərəm. Bu təəssüf ki, baş vermiş bədbəxt hadisədir və mən ailənin kədərini bölüşürəm. Ölüm faktı ilə bağlı istintaq aparılır və ilkin məlumata görə, bu qəzadır və  xahişim istintaqın nəticəsini gözləmək və bunu məcburi köçkünlərin problemi ilə əlaqələndirməmək olacaq.

Məcburi köçkünlərlə bağlı problemlərə gəlincə, nazir olaraq fəaliyyətə başladığım ilk gündən nazirlikdə məsləhətləşmələr aparılır. Bizim 13 min məcburi köçkün ailəsini mənzillə necə təmin etmək barədə konkret baxışımız və planımız var, prioritetləri müəyyən etmişik və hansı plan üzrə hərəkət edəcəyimizi dəqiq bilirik. O görüşdə razılaşdırılıb ki, bu prosesin gedişatı statusu ilə bağlı məcburi köçkünlərə vaxtaşırı məlumat verilsin. Biz bu şərtləri vədi edilmiş zaman çərçivəsində yerinə yetirəcəyik” -deyə Zurab Azaraşvili bildirib.

Ötən gün Zğvisubanidə, “Kartlşi” sanatoriyasında məskunlaşan məcburi köçkünlərdən biri Zurab Chichoşvili binanın damından özünü ataraq, vəfat edib. “Kartlşi” sanatoriyasına toplaşanların verdiyi məlumata görə, həmin şəxs İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyindən, həmçinin Gürcüstan hökumətindən diqqət və məcburi köçkünlərə mənzil verilməsini tələb edib.

Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı istintaqa başlanılıb. Qurumun məlumatına görə, Zurab Chichoşvilinin ölüm səbəbini müvafiq xidmət müəyyənləşdirəcək.