Zurab Azaraşvili - bir neçə həftəyə koronavirusa yoluxmuş insanların müalicəsi üçün əlavə olaraq effektivliyi ilə seçilən "Pfizer" və "Merck" istehsalı medikamentlərə sahib olacağıq
Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvilinin sözlərinə görə, səhiyyə sistemi “Omicron”-a yoluxma hallarının əhəmiyyətli dərəcədə artması halında koronavirusa yoluxmuş şəxslərin adekvat müalicəsini təmin etmək üçün tam səfərbər edilib.
Onun sözlərinə görə, sifariş verilib və bir neçə həftəyə ölkəyə əlavə olaraq “Pfizer” və “Merck” istehsalı medikamentlər gətiriləcək , nazirin sözlərinə görə, bu dərmanlar koronaviruslu pasiyentlərin müalicəsində kifayət qədər effektivdir.
“Deyə bilərik ki, “Omicron”-a yoluxma hallarının sayı əhəmiyyətli dərəcədə artarsa, səhiyyə sistemi tam səfərbər olub. O, istənilən çətinliyə tab gətirməyə hazırdır. Medikamentlər var, bu medikamentlərlə koronaviruslu pasiyentləri müxtəlif mərhələlərdə müalicə edirik. Həmçinin, sifariş vermişik və bir neçə həftəyə ölkəyə əlavə olaraq “Pfizer” və “Merck” istehsalı medikamentlər gətiriləcək , bu dərmanlar koronaviruslu pasiyentlərin müalicəsində kifayət qədər effektivdir” – deyə Zurab Azaraşvili bildirib.
O, həmçinin qeyd edib ki, Səhiyyə Nazirliyinin əməkdaşlarından təşkil olunmuş mobil qruplar xəstəxanalarda monitorinqlər aparırlar.
“Bu gündən Səhiyyə Nazirliyinin əməkdaşlarından təşkil olunmuş mobil qruplar infeksiyaya nəzarət baxımından, həmçinin reanimasiya və koronaviruslu pasiyentlərin müalicəsi baxımından yerindəcə xəstəxanalarda monitorinq aparırlar. Lazım gələrsə, vətəndaşlarımız xəstəxanada dinc və təhlükəsiz şəkildə müalicə oluna biləcəklər” – deyə Azaraşvili bildirib.