Zurab Azaraşvili - ailə həkimlərinin və tibb bacılarının maaşlarının mərhələli şəkildə artırılması planlaşdırılır
Zurab Azaraşvili - ailə həkimlərinin və tibb bacılarının maaşlarının mərhələli şəkildə artırılması planlaşdırılır

 

Ölkədə ilkin səhiyyə islahatlarına başlanılıb, islahat çərçivəsində ailə həkimlərinin və tibb bacılarının maaşlarının mərhələli şəkildə artırılması planlaşdırılır, -bu barədə Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili parlamentdə “Nazir Saatı” formatında danışıb.

Zurab Azaraşvilinin sözlərinə görə, islahat çərçivəsində yayılmış xroniki xəstəliklərin idarə olunmasının yaxşılaşdırılması məqsədilə diferensiallaşdırılmış-artırılmış kapital maliyyələşdirilməsi tətbiq ediləcək, teletibb imkanlarından geniş istifadə və pasiyentlərə keyfiyyətli xidmətlərin göstərilməsinə təminat vermək üçün maliyyələşdirmə mexanizmlərinin modifikasiyası planlaşdırılır.

“Bu il ilkin səhiyyə islahatları çərçivəsində “Kənd həkimi” proqramının idarə edilməsi Dövlət Tibb Holdinqinin öhdəliyinə verildi, eyni zamanda kənd həkimlərinin maaşları artırıldı. Tibb Holdinqi kənd həkimlərinin iş şəraitinin yaxşılaşdırılması istiqamətində fəal şəkildə işləri davam etdirir. Bu vaxtadək 200-ə qədər kənd ambulatoriyası yenilənmiş tibbi avadanlıqla təmin olunub”- deyə Zurab Azaraşvili bildirib.