Zurab Alavidze - Batuminin dolama yolunun tikintisi bir aya başlayacaq

Acarada nəhəng infrastruktur layihəsi başlayır – bir aya Batuminin dolama yolunun tikintisi başlayacaq, – bu bəyanatı Bölgə İnkişaf və İnfrastruktur naziri Zurab Alavidze Batumidə, stadionun təməlinin qoyulması mərasimində verdi.

“Stadiona paralel olaraq Acarada başqa nəhəng layihələrimiz var, Batuminin dolama yolunun kontraktoru var, bir aya konkret fəaliyyətə başlanacaq. Aprel ayından Xulo-Zarzma istiqaməti üzrə işlərə başlanacaq, höəmçinin Qoderdzidən Beşumi istiqamətinə yol salınacaq”, – Zurab Alavidze bəyan etdi.

Batuminin dolama yolun iki xətrli asfalt-beton yolunu, 19 körpü keçidi və 5 tunelin tikintisini nəzərdə tutur.