Zuqdididəki poliklinikalardan birinin tibb işçiləri tətil elan ediblər
Zuqdididəki poliklinikalardan birinin tibb işçiləri tətil elan ediblər

 

MMC “Abxaziyadan olan məcburi köçkünlərin Zuqdidi poliklinikası”nın 50-yə yaxın əməkdaşı səhər saatlarından tətil elan edib. Tibb işçiləri poliklinikanın Tatişvili Travmatologiya Klinikasına birləşdirilməsini istəmirlər.

Tətil elan edən həkimlər poliklinika binasının onların qənaəti və qazancı ilə tikildiyini və 30 ilə yaxındır işlədiyini bildirirlər. Onların sözlərinə görə, əksəriyyəti sosial cəhətdən həssas olan 45 minə qədər Abxaziyadan olan məcburi köçkünə xidmət göstərirlər və klinikalar birləşdirilərsə, tariflər artacaq ki, bu da onların pasiyentləri üçün əlçatan olmayacaq.

“Biz məcburi köçkünlərin poliklinikasının başqa profilli klinika ilə birləşməsinin əleyhinəyik və müdir dəyişdirilməlidir. On illər boyunca məcburi köçkünlərimizə xidmət göstəririk, bizim tərəfimizdən tikilib. Bu gün bu xəbərdarlıq aksiyası idi. Biz nazirliyin cavabını gözləyirik və tələbimiz yerinə yetirilməsə, etirazımızı davam etdirəcəyik” – deyə həkimlərdən biri Nana Kobalaia bildirib.

Zuqdidinin Məcburi Köçkünlər Poliklinikasının əməkdaşları Zuqdidinin Məcburi Köçkünlər Poliklinikasının başqa klinika ilə birləşdirilməməsi və öz profilini qoruması üçün artıq baş nazirə, İqtisadiyyat Nazirliyinə müraciət ediblər. Həkimlərin sözlərinə görə, tələbləri yerinə yetirilməsə, etirazın başqa formasına əl atacaqlar.