Zuqdididə koronavirusa 2 yeni yoluxma halı qeydə alınıb
 Zuqdididə koronavirusa 2 yeni yoluxma halı qeydə alınıb

Zuqdidinin YXX-da koronavirus ilə əlaqədar 56 nəfərin üzərində tədqiqat aparılıb,onlardan ikisinin cavabı müsbətdir.Yoluxanlar bir ailədən olan gənc qadın və kişidir.Onlar,virusa yoluxmuş 42 yaşlı Zuqdidili kişinin yaxın qohumlarıdırlar.Onların hər ikisini Anaklia-Qanmuxuri karantin məkanına dünən yerləşdirmişdilər.

Bunadək,Zuqdidili kişinin ailəsinin 3 üzvünün- ana və iki azyaşlı uşağının   koronavirusa yoluxması   təsdiqlənib.Yoluxmuş kişi pasiyent  Ruxi Xəstəxanasından  Tbilisinin YXX-na yerləşdirilib. Geridə qalanların müalicəsi  Ruxi Xəstəxanasında davam etdirilir.

Koronavirusa yoluxmuş iki yeni pasiyentə gəlincə isə,onları karantin məkanından Ruxi Xəstəxanasına bu axşam köçürüblər.

 

 

 

Hazırladı-Sevinc Mustafayeva