Zuqdididə avqust müharibəsində həlak olanların xatirəsini yad ediblər
Zuqdididə avqust müharibəsində həlak olanların xatirəsini yad ediblər

 
Zuqdididə 2008-ci ilin avqustunda Rusiya və Gürcüstan arasında baş vermiş müharibədə həlak olanların xatirəsini yad ediblər.

Sameqrelo-Zemo Svanetinin dövlət müvəkkili və yerli hökumət nümayəndələri mərkəzi parkda avqust müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyublar.

Səhər saatlarından həlak olmuş qəhrəmanların ailə üzvləri və sadə vətəndaşlar abidənin ərazisinə toplaşıblar.

2008-ci ilin avqust müharibəsi Sameqrelo bölgəsindən 37 nəfərin həyatına son qoyub.