Zuqdidinin YXX-nın laboratoriyasında koronavirus ilə əlaqədar bu gün 73 nəfərin bioloji nümunəsi tədqiq olunub.Covid 19-la bağlı bütün cavablar mənfidir.
Zuqdidinin İctimai Səhiyyə Mərkəzinin məlumatına görə, əvvəlcə 72 nümunə var imiş,daha sonra biri əlavə olunub.
″ 73 nümunədən 16-sı hərarət mərkəzlərinin pasiyenti idi,32-si bölgənin tibbi personalı,7-si özünü təcrid etmiş şəxs,4-ü Anaklia-Qanmuxuri karantin məkanından,14-ü isə Poti Gömrüyünün nümayəndəsi idi″-deyə Zuqdidinin İctimai Səhiyyə Mərkəzindən bildirilib.
Hazırladı-Sevinc Mustafayeva