Zuqdidi laboratoriyasında yoxlanılan 271 nəfərdə koronavirus aşkarlanmadı
Zuqdidi İnfeksiya Xəstəxanasının laboratoriyasında koronavirusla bağlı 271 nəfərin yoxlanışı aparıldı və hamısının cavabı mənfi çıxdı.
Zuqdidi İctimai Sağlıq Mərkəzinin məlumatına görə, yoxlanılanlar arasında 41 nəfər – medpersonal, 10 nəfər karantin zonasından, 198 nəfər Daxili İşlər Nazirliyinin əməkdaşı, bir sürücü və dializdə olan 19 nəfər var.