Zuqdidi laboratoriyasında tədqiq olunmuş 127 nəfərin koronavirusa yoluxması təsdiqlənməyib
Zuqdidi laboratoriyasında koronavirus ilə əlaqədar 127 nəfər test olunub və bütün cavablar mənfidir.
İctimai Səhiyyə Mərkəzinin Sameqrelo-Zemo Svaneti Şöbəsinin rəhbəri, Anzor Kobulaianın Gürcüstanın Birinci Kanalına bildirdiyi üzrə,onlardan 12-si hərarət mərkəzinin pasiyenti olub, 72-si bölgənin tibbi personalı,23-ü özünü təcrid etmiş şəxs və 18-i isə karantin məkanından olub.
Hazırladı-Sevinc Mustafayeva