Zuqdidi-Cvari-Mestia-Lasdili yolunun ayrı-ayrı hissələrində hərəkətə məhdudiyyət tətbiq edilib
Zuqdidi-Cvari-Mestia-Lasdili yolunun ayrı-ayrı hissələrində hərəkətə məhdudiyyət tətbiq edilib

 
Zuqdidi-Cvari-Mestia-Lasdili yolunun ayrı-ayrı hissələrində hərəkətə məhdudiyyət tətbiq edilib-bu barədə Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi məlumat yayır.

Avtomobil Yolları İdarəsinin məlumatında qeyd olunduğu kimi, qar səbəbilə, daxili dövlət əhəmiyyətli Zuqdidi-Cvari-Mestia-Lasdili avtomobil yolunun 185 km-192 km hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

“Sözügedən yolun 140 km-185 km (Mestia-Uşquli) hissəsində qoşqulu, yarımqoşqulu avtonəqliyyat vasitələrinin və tutumu 30 nəfərdən çox olan avtobusların hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Avtomobil yolunun 30 km-140 km (Cvari-Mestia) hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir”-deyə Avtomobil Yolları İdarəsindən açıqlanıb.