Zibil maşınları gecə saatlarında işləməyi Vake ərazisindən başlayacaqlar
Zibil maşınları gecə saatlarında işləməyi Vake ərazisindən başlayacaqlar

2018-ci ilin mart ayından, “TbilServis Qrup” zibil konteynerlərini şəhərin 32 küçəsində, gecə saatlarında boşaldacaq.

İlk  mərhələdə, yeni sistem Vake rayonundan başlayacaq.

Bu barədə bəyanatı paytaxt merinin müavini Maia Bitadze verdi.

Pilot layihəsi çərçivəsində, zibil maşınları gecə saat 22:00-dan hərəkət edəcəklər və şəhərin 32 küçəsindən, 375 zibil konteynerini boşaldacaqlar.

Paytaxt meriyasının rəhbərliyi ümid edir ki, əhali yeni sistemə ayaq uyduracaq və zibili gecə saatlarında tökəcək.

Yaxın gələcəkdə, pilot layihəsi digər rayonları da əhatə edəcək.